Kanadada erməniləri qəzəbləndirəcək heykəl

kanadada-ermenileri-qezeblendirecek-heykel
Oxunma sayı: 646

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, heykəl 30 il əvvəl ASALA tərəfindən şəhid edilən türk ataşesi Atilla Altıkatın şərəfinə ucaldılacaq. Heykəltaraş Necmettin yağcının sözlərinə görə, taxta və paslanmayan poladdan hazırlanan heykəlin açılış mərasimi qəhrəmanın şəhid olduğu 27 avqust tarixində keçiriləcək.

Türk işçilər tərəfindən inşa edilən heykəl Türkiyə diplomatiyasının uğuru kimi qiymətləndirilir. Erməni lobbisinin təzyiqlərini nəzərə alaraq layihə gizli şəkildə həyata keçirilib. Bu barədə həm diplomatlar, həm də heykəltəraşlar bütün məlumatları gizli saxlayıblar.