Kanadada Ermənistan-Azərbaycan münaqişəsinə dair konfrans keçirildi

kanadada-ermenistan-azerbaycan-munaqisesine-dair-konfrans-kecirildi
Oxunma sayı: 646

Azərbaycanın Kanadadakı səfirliyindən “Qafqaznfo”ya verilən məlumata görə, konfrans zamanı Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi, siyasi və digər cəhətləri ilə bağlı müvafiq çıxışlar olmuş və müzakirələr aparılıb.
Konfransda Azərbaycanın Kanadadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev, Kanadanın Hərbi Kollecinin siyasət və iqtisadiyyat departamentinin professoru Pyer Jolikör, Laurenşian Universitetinin siyasi elmlər departamentinin professoru Oreli Lakassan və Kanadanın Beynəlxalq İnstitutunun tədqiqatçısı Rene Jendron təqdimatlar ilə çıxış ediblər.
Tədbirdə Kanada ictimaiyyətinin və Azərbaycan icmasının üzvləri, Monrealda yerləşən Makgil, Konkordiya və digər universitetlərin tələbə və müəllim heyəti iştirak edib.