Kanadada yanğında bir ailədən 7 uşaq ölüb

kanadada-yanginda-bir-aileden-7-usaq-olub
Oxunma sayı: 736

Kanadanın Qalifaks şəhərində evlərdən birində baş verən yanğın nəticəsində yeddi uşaq ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin hamısı bir ailənin üzvləri olublar. 

Bir qadınla kişi isə xəstəxanaya yerləşdirilib. 

Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı polis araşdırma aparır. 

***

Uşaqlardan böyüyünün 17 yaşı, kiçiyi isə 3 aylıq olub. Ailənin Suriya miqrantları olduğu bildirilir.