Kanadalı nazir Dağlıq Qarabağdan danışdı

kanadali-nazir-dagliq-qarabagdan-danisdi
Oxunma sayı: 2689

“Kanada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edir”.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo Yerevanda erməni həmkarı Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.

Trüdo region xalqlarının rifahı naminə ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların sülh yolu ilə aparılması və dinc yolla tənzimləmənin vacibliyini vurğulayıb.