Kanadanın baş naziri müsəlmanları təbrik etdi - Video

kanadanin-bas-naziri-muselmanlari-tebrik-etdi
Oxunma sayı: 2923

Kanadanın baş naziri Castin Trüdo dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib.

"Qafqazinfo" xəbər verir ki, "Facebook" səhifəsində təbrik videosu yayımlayan baş nazir müsəlmanlara xoş arzularını çatdırıb: "Salam aleykum. Bu gün Kanada və dünya müsəlmanları Fitr bayramını və Ramazan ayının sonuncu gününü bayram edirlər. Bütün müsəlmanları hər kəs üçün daha yaxşı Kanada qurmaqdan ötrü müqəddəs dəyərləri praktikada istifadəyə çağırıram". 

Trüdo xanımı Sofi adından da müsəlmanların bayramını təbrik edib.