Kanal D Nihat Doğanı məhkəməyə verdi

kanal-d-nihat-dogani-mehkemeye-verdi
Oxunma sayı: 3111

Kanal D müğənni-aparıcı Nihat Doğanı məhkəməyə verib. “Qafqazinfo” xəbər verir ki, İstanbul Hüquq Məhkəməsinə göndərilən müraciətdə N. Doğanın azyaşlı iki qızı məcburən evində saxlaması ilə bağlı xəbər yayımlanmasından bəhs edilib. 

Bildirilib ki, müğənni Kanal D-də yayımlanan süjet barədə tvitterdə ağır sözlərdən istifadə edib, kanalın şərəf-ləyaqətinə toxunub. 

Şirkət sənətçidən hər paylaşım üçün 5 min TL olmaqla, toplam 100 min lirə mənəvi təzminat tələb edib.