Kanal dondu, hər kəs konki sürməyə başladı - Video

Kanal dondu, hər kəs konki sürməyə başladı
Oxunma sayı: 2667

Hollandiyanın paytaxtı Amsterdamda şaxtalı hava səbəbindən kanallar donub.

“Qafqazinfo” xəbər verir ki, bunu fürsət bilən şəhər sakinləri donmuş kanal üstünə konki sürərək təbiət hadisəsinin keyfini çıxarmağa çalışıblar.

Ortaya isə maraqlı görüntülər çıxıb.

Qeyd edək ki, Amsterdamda 90 kiçik adanı birləşdirən 165 kanal var. Onların üstündə 1281 körpü qurulub. Kanalların ümumi uzunluğu 100 kilometrdir. Amsterdam kanalların sayına görə Venesiyanı da qabaqlayır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi