Kanalda çimərkən boğuldu

kanalda-cimerken-boguldu
Oxunma sayı: 1272

İmişli rayonunda kanalda çimən şəxs ölüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə iyunun 12-si günorta saatlarında baş verib.

Rayonun Otuziki kənd sakini Balayev Arazxan İnşalla oğlu evinin yaxınlığındna keçən su kanalında çimərkən boğularaq ölüb. Onun meyiti kənd sakinləri tərəfindən kanaldan çıxarılaraq ailəsinə təhvil verilib.