Kanaldan qadın meyiti tapıldı - Yenilənib + Video

kanaldan-qadin-meyiti-tapildi
Oxunma sayı: 3868

Şirvan kanalından meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hələlik kimliyi bəlli olmayan qadın meyiti su kanalının Göyçayın Cəyirli kəndindən keçən hissəsində aşkar edilib. Hazırda hüquq-mühafizə orqanları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.

***

Ölən qadının Göyçay şəhər Qantəmir küçə sakini Şəhla Abdullayeva olduğu məlum olub.

Rəşad Türkoğlu