Kanalizasiyadan timsah çıxdı - Fotolar

kanalizasiyadan-timsah-cixdi
Oxunma sayı: 2686

Hindistanın Mumbay şəhərində kanalizasiya sisteminə girən timsah çətinliklə azad edilib. 

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, 130 santimetr uzunluğu, 8 kiloqram çəkisi olan timsahı xilas etmək üçün nasoslarla kanalizasiyadakı suyun səviyyəsi aşağı salınıb və bütün çıxışlar tutulub.

15 nəfərdən ibarət xilasedici qrup 7 saatlıq çalışmadan sonra timsahı xilas etməyi bacarıblar və yenidən çaya buraxıblar.

Timsahın Musson yağışlarının yaratdığı sellərdə kanalizasiyaya sürükləndiyi ehtimal edilir.