“Kann”ın açılışı baş tutdu - Fotolar

kannin-acilisi-bas-tutdu
Oxunma sayı: 3321

Ötən gün Kann Kino Festivalının 72-ci açılışı baş tutub. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin Kruazett sahilində keçirilən birinci gecənin qonaqları Selena Qomez, Karolin de Meqre, Frederik Bel, Marina Fua və başqaları olub.  

Festival tanınmış rejissor Cim Carmuşanın “Ölülər ölmürlər” adlı ekran işi ilə start götürüb. Sözügedən layihədə Tilda Suinton, Bil Mürrey, Adam Drayver və başqaları rol alıb.