Kapital Bank çempion oldu

Kapital Bank çempion oldu
Oxunma sayı: 328

Kapital Bank Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Nə? Harada? Nə zaman?” yarışının qalibi olub. 27 oktyabr 2017-ci il tarixində banklar arasında keçirilən tədbirdə ölkənin 13 bankının, ümumilikdə 100-dək əməkdaşla iştirak edib.

"Qafqazinfo" xəbər verir ki, 3 mərhələdə keçirilən yarış zamanı bütün rəqiblərini üstələyən Kapital Bank-ın yığma komandası, yarışın çempionu adına layiq görülüb. Qalib komandaya yarışın kuboku təqdim olunub.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi