Kapital Bank-dan “Cavanlara qocaman təklif”

kapital-bank-dan-cavanlara-qocaman-teklif
Oxunma sayı: 2148

Kapital Bank 2 fevral – Gənclər Günü münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir. Aksiya çərçivəsində Kapital Bank-dan kredit götürən müştərilərə illik faiz dərəcəsində 2%-dək endirim edilir və pulsuz BirKart təqdim edilir.

"Qafqazinfo" xəbər verir ki, yaşı 35-dək olan müştərilərdən komissiya haqqı tutulmur. 8 500 AZN-dək olan kreditlər zaminsiz verilə bilər. Aksiya 28 fevral 2018-ci il tarixədək keçirilir.

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və təqaüdünü Kapital Bank-dan alanlara şamil edilir.

Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.