Kapital Bank-dan futbola dəstək

kapital-bank-dan-futbola-destek
Oxunma sayı: 792

Kapital Bank Sumqayıt şəhərində 10-12 yaşlı uşaqlar arasında keçiriləcək ənənəvi “Futbol və Sağlam Həyat” layihəsinin rəsmi tərəfdaşıdır.

“Qafqazinfo” xəbər verir ki, layihə çərçivəsində Sumqayıt şəhərində və onun ətraflarında yerləşən 48 orta məktəb üzrə 500-dən artıq şagird iştirak edir.

Tədbirdə veteran futbolçular, ictimai xadimlər və digər rəsmi qonaqlar iştirak edirdi. Layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, onlar arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gəncləri sağlama həyata yönləndirməkdir.

Qeyd edək ki, layihə Kapital Bank-la yanaşı, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Azərikimya İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə keçirilir.