Kapital Bank ədliyyə işçilərinə endirimlə kredit təqdim edir

kapital-bank-edliyye-iscilerine-endirimle-kredit-teqdim-edir
Oxunma sayı: 1087

Kapital Bank 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir.

"Qafqazinfo" xəbər verir ki, aksiya çərçivəsində Kapital Bank-dan məvacib alan ədliyyə işçilərinə illik faiz dərəcəsində 2%-dək endirim edilir, 8 000 AZN-dək olan kreditlər isə zaminsiz verilir. Aksiya 15 dekabr 2017-ci il tarixədək keçirilir.

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqını Kapital Bank-dan alanlara şamil edilir.

Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ümumi kredit şərtləri barədə ətraflı – https://kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.