Kapital Bank-ın dəstəyi ilə keçirilən “Made in Azerbaijan - 4” başa çatdı

Kapital Bank-ın dəstəyi ilə keçirilən “Made in Azerbaijan - 4” başa çatdı
Oxunma sayı: 283

Ölkədə təhsilin inkişafına mühüm önəm verən Kapital Bank, tələbələr üçün “Made in Azerbaijan – 4” müsabiqəsi keçirir. Müsabiqənin şərtlərinə əsasən, tələbələr Azərbaycan brendini yaratmaq üçün öz biznes ideyalarını təqdim etməlidirlər.

Bankın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, biznes ideya müsabiqəsinə respublikanın müxtəlif universitetindən 40 layihə təqdim olunub. Biznes ideyalar hazırlanarkən onların sərəncama və müsabiqənin missiyasına uyğunluğu, layihənin daxili bazarda tətbiqinin reallığı, sadələşdirilmiş və biznes ideya səviyyəsində maliyyə planı, aktuallığı və kreativliyi nəzərə alınıb. Ekspert Şurası təqdim edilən biznes ideyaları dəyərləndirib və 5 layihə finala vəsiqə qazanıb.

Münsiflər heyətinin qərarı ilə “Kitablı” biznes ideyası qalib olub. Layihənin məqsədi elektron vəsaitləri bir portlada toplamaq, müəyyən fənlər üzrə izahlı video bazaya sahib olmaq, tələbələrin çətinlik çəkdiyi testlərin müəllimlər tərəfindən izahlarını təqdim etməkdən ibarətdir.

“2016-cı ildə Kapital Bank-la Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlıq çərçivəsində hər il “Made in Azerbaijan” layihəsi həyata keçirilir. Bu ilki müsabiqədə də bir sıra maraqlı biznes ideyalar nümayiş olunub. Kapital Bank gələcəkdə də təhsillə bağlı yeni layihələrin keçirilməsini planlaşdırılır”, – deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə edilməsi departamenti direktoru Fərqanə Məmmədova bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi