Kapital Bank kənd təsərrüfatı işçilərinə endirimlə kredit təqdim edir

Kapital Bank kənd təsərrüfatı işçilərinə endirimlə kredit təqdim edir
Oxunma sayı: 366

Kapital Bank 1 noyabr – Kənd Təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir. Aksiya çərçivəsində Kapital Bank-dan məvacib alan kənd təsərrüfatı işçilərinə illik faiz dərəcəsində 2%-dək endirim edilir, 8 000 AZN-dək isə zaminsiz verilir. Aksiya 30 noyabr 2017-ci il tarixədək keçirilir.

"Qafqazinfo" xəbər verir ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqını Kapital Bank-dan alanlara şamil edilir.

Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ümumi kredit şərtləri barədə ətraflı – https://kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi