“Kapital Bank”da yeni təyinatlar

kapital-bankda-yeni-teyinatlar
Oxunma sayı: 3463

“Kapital Bank”ın strukturunda dəyişikliklər və yeni  təyinatlar olub.

Bankın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Müştəri Menecmenti departamentinin direktoru Samir Məmmədov Baş Marketinq İnzibatçısı, Komplayens departamentinin direktoru Kamal Abdullayev Baş Komplayens İnzibatçısı vəzifəsinə təyin olunub.

Samir Məmmədov

 

Kamal Abdullayev

Bank Məhsulları departamentinin direktoru İqbal Rüstəmov İdarə Heyəti sədrinin müşaviri təyin olunub.

İqbal Rüstəmov

Həmçinin İlahə Qazıyeva Əməliyyat departamentinin, Nəsimi Xasiyev Kiçik və Orta Sahibkarlarla İş departamentinin,Tural Ayvazlı isə Filial Şəbəkəsinin İdarə Edilməsi departamentinin direktoru təyin olunub.

İT İnfrastruktur departamentinin direktoru Renad Cəfərov Bank Sistemlərinin İdarə Edilməsi departamentinin direktoru təyin olunub.

Renad Cəfərov 

Bundan başqa Hüquq departamentinin adı dəyişərək Hüquq və Komplayens departamenti,  İT İnnovasiya və İnkişaf departamenti isə İnformasiya Sistemlərinin İnkişafı departamenti olub.