Kapital Bankdan “Yubiley qazancı”

kapital-bankdan-yubiley-qazanci
Oxunma sayı: 661


30 dekabr 2014-cü il tarixinə qədər Kapital Bankda yerləşdirilən “Kapital” depozitinə görə illik faizlər müddətdən asılı olaraq 13 %-dək artırılıb. Hesabdakı depozit məbləğini rahatlıqla artırmaq imkanı var. Üstəlik, əmanətin məbləği 500 manatdan çox olanda müştərilərə dəyərli ödəniş kartı hədiyyə edilir. Faizləri kartla hər ay, ya da müddətin sonunda almaq olur. Amma bu, hələ son deyil. Müştərilərin istəyi ilə onlara çox sərfəli şərtlərlə nağd pul krediti verilir, yaxud kredit xətti açılır. Depozitləri Bankın bütün filiallarında yerləşdirmək olar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 8 şöbəsi ilə hər zaman xidmətinizdədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.