“Kapital bazarları və biznes imkanları” məqalələr toplusunun təqdimatı olacaq

“Kapital bazarları və biznes imkanları” məqalələr toplusunun təqdimatı olacaq
Oxunma sayı: 326

QKDK-nin İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, məqalələr toplusu, “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı ilə nəzərdə tutulmuş ictimaiyyətin və potensial maraqlı tərəflərin kapital bazarları barədə məlumatlandırılması və maarifləndirilməsi tədbirləri çərçivəsində hazırlanaraq çap olunub.

Tədbirdə QKDK ilə yanaşı Bakı Fond Birjası, Milli Depozit Mərkəzi, “Paşa Bank”, Milli Kitabxananın və Milli Məclisin nümayəndələri iştirak edəcəklər.

Təqdimat mərasimində, həmçinin QKDK tərəfindən ənənəvi olaraq jurnalistlər arasında təşkil olunan növbəti ən yaxşı məqalə və ya tele-radio süjeti müsabiqəsi elan ediləcək, müsabiqənin keçirilmə şərtləri açıqlanacaq.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi