Karakasda polis və etirazçılar arasında toqquşma - 58 yaralı

karakasda-polis-ve-etirazcilar-arasinda-toqqusma
Oxunma sayı: 643

Venesuelada prezident Nikolas Maduro əleyhinə aksiyalar davam edir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Nacional portalı məlumat yayıb.

Paytaxt Karakasda son iğtişaşlar zamanı 58 nəfər xəsarət alıb.

Milli Qvardiyanın etirazçılara qarşı göz yaşardıcı qazdan istifadə etdiyi qeyd olunub. Onlar nümayişçilərin Daxili İşlər Nazirliyinin binası istiqamətində olan yürüşünün qarşısını alıblar.

Qeyd edək ki, iğtişaşlara səbəb Venesuela prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin arasında yaranan gərginlik olub. Belə ki, martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti vermişdi. Hazırda qərar ləğv edilsə də, müxalifətçilər Ali Məhkəmə üzvlərinin istefasını tələb edirlər. Yeni etiraz aksiyalarına səbəb isə Konstitusiya Assambleyasının çağırılması olub. Müxalifət isə bunu dövlət çevrilişi kimi qiymətləndirib.