Karapetyan hökuməti təhvil verdi

karapetyan-hokumeti-tehvil-verdi
Oxunma sayı: 2302

Ermənistanın müvəqqəti baş naziri Karen Karapetyan hökuməti təhvil verib.

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən məlumatına görə, o, səlahiyyətlərini başa çatdırdığını bildirərək yeni baş nazir Nikol Paşinyanı təbrik edib:

“Bu gündən baş nazir səlahiyyətlərimi yekunlaşdırıram. Çox maraqlı və məsuliyyətli dövr idi. Bütün tənqidçilərə, dəstək olanlara təşəkkürümü bildirirəm. Komandama minnətdaram”.

Nuranə