Karate millimiz bürünc medalı əldən verdi - Fotolar

karate-millimiz-burunc-medali-elden-verdi
Oxunma sayı: 1714

6-11 noyabr tarixləri İspaniyanın paytaxtı Madriddə böyüklərin 24-cü dünya çempionatı başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, komanda yarışlarında milli komandamız bürünc medal uğrunda döyüşdə Yaponiya karateçiləri ilə qarşılaşıb.

Karateçilərimiz 5 döyüşdən ikisini qalib, ikisini məğlub, birini isə bərabərə başa vursa da, Yaponiya komandası ümumi hesabda 16:12 hesabı ilə qələbə qazanıb və bürünc medala sahib olub.

Qeyd edək ki, Asiman Qurbanlı və Şahin Atamov döyüşlərini qalib, Pənah Abdulayev və Rafiz Həsənov isə məğlub başa vurublar. Fərdi yarışlarda bürünc medal qazanmış Rafael Ağayev isə komanda yarışındakı döyüşdə bərabərə oynayıb.