Kardaşyan ailəsində karyera savaşı - “İşığımı söndürdü…”

kardasyan-ailesinde-karyera-savasi
Oxunma sayı: 3406

Amerikanın TV ulduzu Kim Kardaşyan ilə ögey bacısı, “Viktoriya Sekret”in modeli Kendall Cenner arasında qalmaqal yaşanıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iki məşhur bacı iş baxımından bir-birilərinə qısqanclıqla yanaşmağa başlayıb, sözləri çəp gəlib. 

İddilara görə, Kardaşyanın növbəti dəfə “Vogue” jurnalının siması olması Cenneri özündən çıxarıb. 

22 yaşlı model bacısının onun karyerasına əngəlləməyə çalışdığını, podiumdakı işığını söndürdüyünü bildirib. 

Cenner deyib ki, 40 yaşlı bacısı üç uşaq anasıdır və modellik üçün onun yaşı böyükdür.  “Bütün dünyanın Kardaşyanı niyə bəyəndiyini anlaya bilmirəm”- deyə Kendall qısa açıqlama verib.