Kardaşyan paltar davasından milyonlar qazandı

kardasyan-paltar-davasindan-milyonlar-qazandi
Oxunma sayı: 2977

Amerikalı TV ulduzu Kim Kardaşyan 5 ay əvvəl əri Kanye Uestin onun üçün hazırladığı libası təqlid edən “Missguided” firmasına qarşı açdığı məhkəmə işini udub.

“Qafqazinfo” xəbər verir ki, “Missguided” firması ulduza 2,7 milyon dollar təzminat ödəyəcək.  Kardaşyan libası ilə yanaşı onun üzündən istifadə edən markanın sosial şəbəkə hesabına öz fotosunu göndərərək “Kanyenin mənim üçün hazırladığı libası plagiat etmək üçün əvvəlcə mənim geyinməyimi gözləyə bilməzdinizmi?” yazıb.

Firma isə ulduza “Sən bu libası satışa çıxmazdan bir neçə gün əvvəl geyinmişdin” cavabını verib.

Kim bu cavabdan əsəbiləşərək fevralda məhkəməyə müraciət edib. Ötən gün yekunlaşan məhkəmə qərarına əsasən, firma Kardaşyana 2,7 milyon dollar ödəməlidir.