Kardaşyanın bacısının kosmetik məhsulu təhlükəli çıxdı

kardasyanin-bacisinin-kosmetik-mehsulu-tehlukeli-cixdi
Oxunma sayı: 1544

Dünyanın ən gənc milyarder qadını – 21 yaşlı model Kayli Cennerin kosmetik brendinin “Walnut Face Scrub” adlı üz skrabının sağlamlıq üçün təhlükəli olduğu üzə çıxıb.

“Qafqazinfo” “The Sun”a istinadən xəbər verir ki,  dermatoloqlar “Kylie Skin” brendinin istifadəçilərinə bu haqda xəbərdarlıq ediblər. Belə ki, kosmetik vasitənin tərkibində olan qoz üz dərisinə ciddi ziyan vura bilər. Onların sözlərinə görə, qoz qabığının bərk hissəcikləri dəri üzərində xırda çatlar əmələ gətirir.  

K. Cennerin bir çox fanatları da onu həmin inqrediyentdən istifadə etdiyinə görə tənqid ediblər. Brend sahibi isə hələ iradlara cavab verməyib.

Xatırladaq ki, martın 5-də “Forbes” dərgisi Kayli Cenneri dünyanın ən gənc milyarder qadını adlandırmışdı. 

Qeyd edək ki, Kayli Cenner aktrisa, model Kim Kardaşyanın anabir, ata ayrı bacısıdır.