“Kardeşim benim 2” təqdim olundu - Fotolar

kardesim-benim-2-teqdim-olundu
Oxunma sayı: 2590

Noyabrın 30-da Bakıda premyerası keçiriliməsi nəzədə tutulan “Kardeşim benim 2” filminin İstanbulda təqdimatı baş tutub. 

“Qafqazinfo” xəbər verir ki, ötən gün baş qəhrəmanları Murad Boz, Burak Özçivit, Pınar Deniz olan ekran işinin qalası reallaşıb.  Gecədə filmin qəhrəmanları ilə yanaşı Burakın aktrisa xanımı Fahriye Evcen və Muradın eşq yaşadığı kino, serial ulduzu Aslı Enver də iştirak edib. 

Onlar əl-ələ qırmızı xalça üzərinə çıxaraq kameralara poza veriblər. 

Premyerada filmin əsas simalarından olan, “Vatanım sensin” serialında Ulduz rolu ilə tanınan Pınar Yılmaz geyimi ilə xüsusi diqqət çəkib. O, gecədə iştirak edən digər qonaqları kölgədə qoyub.