Karla Bruni homoseksual evliliyi dəstəklədi

karla-bruni-homoseksual-evliliyi-destekledi
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, Fransanın Vogue jurnalına müsahibə verən Bruni seçkilərdə Nikolya Sarkozini məğlub edən sosialist Fransua Ollandın eynicinslilərin evlənməsi və onların övladlığa uşaq götürməsini dəstəkləyən qanun layihəsini müsbət qarşılayıb: “Bu vəziyyətdə olan qadın-kişi, çoxlu dostlarım var. Homoseksual valideyn olan ailələrdə nataraz, ya da əxlaqsız bir şey görmürəm”.

Bruni sonda Loreal üzündən məhkəməyə ifadə vermək məcburiyyətində qalan həyat yoldaşı Sarkozinin siyasi gələcəyi ilə bağlı sualdan qaçaraq “First Ledi olmaq gözəl bir macəraydı” deyə kifayətlənib.