Karlova Universitetinin nümayəndə heyəti BDU-da

karlova-universitetinin-numayende-heyeti-bdu-da
Oxunma sayı: 1416

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Çexiyanın Karlova Universitetinin Təbiət elmləri üzrə fakültəsinin dekanı, professor İrji Zimanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, BDU ilə Karlova Universitetinin yarım əsrə yaxın əlaqələrinin olduğunu deyən rektor Abel Məhərrəmov əməkdaşlığın günü-gündən genişləndiyini, ötən illər ərzində 500-dən çox professor-müəllim və tələbənin akademik mübadilədə iştirak etdiyini diqqətə çatdırıb.

Karlova Universitetinin Təbiət elmləri üzrə fakültəsinin dekanı, professor İrji Ziman rəhbərlik etdiyi fakültə haqqında danışıb. Məlum olub ki, 29 şöbəsi, 3 muzeyi və böyük botanika bağı olan Təbiət elmləri üzrə fakültə 1920-ci ildə yaranıb.

Görüşdə həmçinin Bakı Dövlət Universitetinin Kimya və Biologiya fakültələri ilə Karlova Universitetin Təbiət elmləri fakültəsi arasında imzalanmış əməkdaşlıq haqqında müqaviləyə əsasən görülən işlərdən də bəhs edilib.