Karlovun qatilinin mesajları ölümündən sonra silinib - Tələbə yataqxanasından...

karlovun-qatilinin-mesajlari-olumunden-sonra-silinib
Oxunma sayı: 1815

Türkiyə Baş prokurorluğu səfir Andrey Karlovun qətli ilə bağlı yeni məlumat əldə edib. “Qafqazinfo” xəbər verir ki, araşdırma zamanı məlum olub ki, naməlum biri qatilin ölümündən sonra Şimali Kiprdən onun elektron poçt ünvanına daxil olub və bütün mesajlarını silib. 

Baş prokurorluq müəyyən edib ki, naməlum şəxs Mövlud Altıntaşın ölümündən sonra onun Gmail-da yerləşən hesabına daxil olub. Elektron adresə giriş isə Şimali Kiprdə yerləşən tələbə yataqxanasından baş tutub. Prokurorluq hesab edir ki, mesajları bərpa etmək mümkündür, bu məqsədlə də Altıntaşın telefonunu bloklamağa cəhd edib. 

Bununla bağlı prokurorluq Apple şirkətinə yardım üçün müraciət edib, lakin şirkət imtina edib. Yerli KİV-lərin əldə etdiyi məlumata görə, türk şirkətlərindən biri prokurorluğa nəticədən asılı olmayaraq 20 min dollar müqabilində yardım edə biləcəyini bildirib. 

Hazırda prokurorluq yataqxanada yaşayan 300 şagirdlə bağlı araşdırma aparır. 

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Karlov ötən ilin dekabrında Ankarada sərgi zalında qətlə yetirilib. Qətli polis əməkdaşı olan Mövlud Altıntaş həyata keçirib. Altıntaş təhlükəsizlik qüvvələri tərəfindən elə hadisə yerindəcə zərərsizləşdirilib.