Karlsen və Karuana yenə “sülh” bağladı

karlsen-ve-karuana-yene-sulh-bagladi
Oxunma sayı: 1510

Şahmat üzrə dünya çempionu adı uğrunda mübarizə davam edir.

“Qafqazinfo” xəbər verir ki, Londonda ABŞ təmsilçisi Fabiano Karuana və norveçli Maqnus Karlsen arasındakı3-cü partiya da bərabərə yekunlaşıb.

Şahmatçılar 49-cu gedişdə “sülh” bağlayıblar.

Qeyd edək ki, 28 noyabra qədər davam edək final mərhələsində ümumilikdə 12 partiya oynanılacaq. Növbəti partiya bu gün keçiriləcək.

Yekunda qalib gələcək şahmatçıya 600 min, məğlub şahmatçıya isə 400 min dollar veriləcək.