Karlsen və Məmmədyarov yeniyetmələrlə şahmat oynadı

karlsen-ve-memmedyarov-yeniyetmelerle-sahmat-oynadi
Oxunma sayı: 747

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” superturnirinin iştirakçıları Şəmkirdə yerləşən Zəka Gənclər Mərkəzində yeniyetmələr və şahmat həvəskarları üçün seans keçirib.

“Qafqazinfo” xəbər verir ki, yeniyetmə şahmatçılarla görüşdə həmyerlilərimiz Şəhriyar Məmmədyarovla Rauf Məmmədov, eləcə də dünya çempionu Maqnus Karlsen, Rusiya təmsilçisi Sergey Karyakin, Çexiya qrossmeysteri David Navara iştirak edib.