Karrasko “Qarabağ”la oyundakı hərəkətinə görə cəzalandı

karrasko-qarabagla-oyundaki-hereketine-gore-cezalandi
Oxunma sayı: 1868

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”la 0:0-lıq heç-heçə edən “Atletiko”nun futbolçusu Yannik Karrasko cəzalanıb. “Qafqazinfo” xəbər verir ki, buna səbəb onun ötən həftə Bakıda keçirilən matçda əvəzetmə zamanı etdiyi hərəkətdir. 

Belə ki, 71-ci dəqiqədə belçikalı futbolçu əvəzlənərkən meydandan ləng çıxıb. Komanda yoldaşlarının onu cəld olmağa səsləməsinə baxmayaraq buna fikir verməyib. Azarkeşlər də Karraskonun bu hərəkətini etirazla qarşılayıb.

Baş məşqçi Dieqo Simeone də bu hərəkətdən məmnun olmayıb və futbolçunu bir neçə oyunluq heyətdən kənarlaşdırıb.