Bakıda başqasının bank kartını oğurlayıb pul çıxaran şəxs saxlanılıb.
“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, Nəsimi rayonu ərazisində kirayədə yaşayan Bərdə sakini pul kartının oğurlandığını və hesabından təxminən 5 min manatın çıxarıldığını bildirib.
Oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Murad Allahverdiyev saxlanılıb. O, törətdiyi əməli etiraf edib. Faktla bağlı araşdırma aparılır.