Karvanın yola düşmə vaxtı açıqlandı

Karvanın yola düşmə vaxtı açıqlandı
Oxunma sayı: 257

Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib. Onun sözlərinə görə, Azadlıq meydanında təmir işləri aparıldığı üçün avtobusla yola düşəcək zəvvarlar bu il "Binə" ticarət mərkəzi yaxınlığında toplaşacaqlar.

Payızov bildirib ki, oktyabrın 23-də 18, oktyabrın 24-də isə 20-dən artıq avtobus yola düşəcək. Zəvvarları Həccə aparacaq ilk təyyarə reysi isə oktyabrın 28-də həyata keçiriləcək. Qurban bayramı noyabrın 6-da qeyd olunacaq. Azərbaycandan bu il 2 min zəvvarın həccə getməsi gözlənilir. Zəvvarlarımız Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcəklər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi