Kasıblara hüquqi yardım pulsuz olacaq

kasiblara-huquqi-yardim-pulsuz-olacaq
Oxunma sayı: 670

“Qafqazinfo” xəbər verir ki, hər iki sənəd ötən il Azərbaycan Hüquq İslahatları Mərkəzinin (AHİM) təşəbbüsü ilə Azərbaycan Hüquqşünaslar Konfederasiyası (AHK) ilə birgə formalaşdırılan və ölkənin tanınmış hüquqşünaslarından ibarət İşçi Qrup tərəfindən hazırlanıb.

AHİM-nin sədri Anar Bağırov bildirib ki, layihəyə əsasən, yeni qurumun - Milli Şuranın 7 üzvdən ibarət olacağı, kollegial fəaliyyət göstərəcəyi və dövlət tərəfindən təmin olunan hüquqi yardımın göstərilməsi prosesini idarə edəcəyi nəzərdə tutulub. Milli Şuranın tərkibi 1-i Ədliyyə Nazirliyi, 3-ü Vəkillər Kollegiyası, 1-i Maliyyə Nazirliyi, 1-i Məhkəmə-Hüquq Şurası, 1-i ictimai birliklər tərəfindən təyin olunan üzvlərdən formalaşacaq.

Layihəyə əsasən hüquqi yardım ictimai vəkil və parayurist tərəfindən
göstəriləcək.

Qeyd edək ki, layihə ölkəmizdə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib və sənədlərin beynəlxalq ekspertizası məqsədi ilə İngilis dilinə tərcüməsi həmin təşkilatlar tərəfindən həyata keçirilib.