Kasilyas “Portu”da rəhbərliyə gətirildi

kasilyas-portuda-rehberliye-getirildi
Oxunma sayı: 1334

Madrid “Real”ının əfsanəvi futbolçusu, son illərini “Portu”da keçirən İker Kasilyas klubun rəhbər heyətinə daxil edilib.

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən xəbərinə görə, 38 yaşlı qapıçı futbolçular, məşqçi və idarəçilər arasındakı əlaqəni təmin edəcək, eləcə də klub daxilində digər önəmli funksiyaları yerinə yetirəcək.

“Mən həmişə məşğul olduğum işdən fərqli nəsə görəcəm. Komanda ilə klub arasında əlaqə qurmağa çalışacam. Rəhbərlik mənimlə bu məsələni infarkt keçirəndən sonra, ötən sezonda müzakirə edib. Dedilər ki, onlarla qalmağımı istəyirlər. Çünki klubda xeyli dəyişiklik olacaq. Komanda yoldaşlarıma kömək etmək üçün əlimdən gələni edəcəyəm”, - deyə Kasilyas söyləyib.

Xatırladaq ki, Kasilyas bu ilin mayında məşq zamanı infarkt keçirmişdi. Nəticədə qapıçı xəstəxanaya yerləşdirilmiş və bir müddət müalicə almışdı. Həkimlər də ona karyerasını bitirməyi məsləhət görmüş, o da buna əməl etmişdi.