Kaspiyskə bu sərbəst güləşçilərimiz yollanacaq

kaspiyske-bu-serbest-gulescilerimiz-yollanacaq
Oxunma sayı: 1675

 Rusiya Federasiyasının Kaspiysk şəhərində 30 apreldən 6 maya kimi güləş üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, Olimpiya Güləş Mərkəzində hazırlığı davam etdirən sərbəst güləş yığma komandanın mətbuat üçün açıq məşqi keçirilib. 

Belə ki, sərbəst güləş üzrə komandamız qitənin ən mötəbər turnirində tam heyətlə çıxış edəcək. Baş məşqçi Firdovsi Umudovun rəhbərlik etdiyi məşqçilər korpusu heyətdə Giorgi Edişeraşvili (57 kq), Mircəlal Həsənzadə (61 kq), Hacı Əliyev (65 kq), Murtazali Müslimov (70 kq), Coşqun Əzimov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədova (125 kq) yer verib.

Proqrama əsasən, Avropa çempionatı aprelin 30-da yunan-Roma güləşçilərinin mübarizəsi ilə başlayacaq. Ardınca mayın 2-4-də qadın, 4-6-da sərbəst güləşçilər qüvvələrini sınayacaqlar.