Kassano yenə fikrini dəyişdi - Artıq ikinci dəfə

kassano-yene-fikrini-deyisdi
Oxunma sayı: 632

İtaliyalı hücumçu Antonio Kassano yenə karyerasını bitirdiyi açıqlayıb.

“Qafqazinfo” Goal-a istinadən xəbər verir ki, 35 yaşlı futbolçu stressdən qurtula bilmədiyini və bu səbəbdən karyerasına davam edə bilməyəcəyini bildirib.

10 iyulda “Verona”ya transfer olan Kassano 18 iyulda da eyni addımı atmış, lakin, klub prezidenti, baş məşqçi Fabio Peççia və həyat yoldaşının təkidlərindən sonra fikrini dəyişmişdi.

Qeyd edək ki, Kassano daha əvvəl “Roma”, “Real Madrid”, “Milan” və “İnter” kimi klubların formasını geyinib.