Kataloniya parlamentinin sədri 150 minə sərbəst buraxıldı

Kataloniya parlamentinin sədri 150 minə sərbəst buraxıldı
Oxunma sayı: 446

Kataloniya parlamentinin başçısı Karme Forkadel noyabrın 10-da azadlığa buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.

Spikerin azadlığa buraxılması üçün 150 min avro girov ödədiyi bildirilib.

Qeyd edək ki, noyabrın 9-da İspaniya Ali Məhkəməsi Forkadelin girov müqabilində azad olunma hüququ saxlanılmaqla həbsi barədə qərar çıxarmışdı. Prokurorluq parlament başçısı və daha bir neçə deputatı üsyana cəhddə və dövlət vəsaitinin israf olunmasında ittiham edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi