Kataloniya rəhbəri müstəqillik bəyannaməsini imzaladı

Kataloniya rəhbəri müstəqillik bəyannaməsini imzaladı
Oxunma sayı: 1229

Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon, onun müavini Oriol Junkeras və  parlamentinin spikeri Karme Forkadel müstəqillik haqqında bəyannaməni imzalayıblar.    

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə 24 Horas telekanalı məlumat yayıb.

Məlumata əsasən, sənədi həmçinin Kataloniyanın müstəqilliyini dəstəkləyən deputatlar da imzalayıblar.  

Bundan əvvəl Karles Puçdemon deputatların qarşısında çıxışı zamanı referendumun nəticələrinin parlamenti Kataloniyanın müstəqilliyi elan etməyə haqq qazandırıb.

Bununla belə o, parlamentdən müstəqilliyin bəyan edilməsini təxirə salmağa və razılaşdırılmış qərarın qəbul edilməsi üçün rəsmi Madridlə dialoqa başlamağın lazım olduğunu qeyd edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi