Kataloniyada anti-terror əməliyyatı - 4 terrorçu öldürülüb

kataloniyada-anti-terror-emeliyyati
Oxunma sayı: 878

İspaniya təhlükəsizlik qüvvələri Kataloniyada anti-terror əməliyyatı keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Cadena Ser” radiosu məlumat yayıb.

İlkin məlumata görə, Kambrilse şəhərində keçirilən əməliyyat zamanı azı 4 terrorçu məhv edilib.

Polisin verdiyi açıqlamada silahlıların yeni terror aktı planlaşdırdığı bildirilib.