Kataloniyada etirazçılarla polis arasında toqquşma, 28 yaralı

kataloniyada-etirazcilarla-polis-arasinda-toqqusma-28-yarali
Oxunma sayı: 653

Kataloniyada etirazçılarla “Mossos d'Esquadra” yerli polis əməkdaşlarının arasında çıxan toqquşma nəticəsində 28 nəfər yaralanıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, yaralılardan 12-si polis əməkdaşı, 1-i isə TV3 kanalının müxbiridir. 3 nəfər saxlanılıb. 

Qeyd edək ki, bu gündən Kataloniyada regionun müstəqilliyi uğrunda yenidən aksiyalar başlayıb. “Respublikanın Müdafiəsi Komitəsi” hərəkatının fəalları avtomobil və dəmir yollarını bağlayıblar. Hazırda 8 əsas magistral yol bağlıdır.