Kataloniyada seçkilər başa çatıb

kataloniyada-seckiler-basa-catib
Oxunma sayı: 1113

Dekabrın 21-də İspaniyanın Kataloniya muxtar regionunun parlamentinə keçirilən növbədənkənar seçkilər başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “lefigaro” portalı məlumat yayıb.

Hazırda səslərin hesablanması prosesi davam edir. Səsvermədə seçici fəallığı 68,32 faiz olduğu vurğulanıb. Bu göstəricinin ötən seçkilərlə müqayisədə çox olduğu bildirilir.

“Exit-poll”un nəticələrinə görə, hazırda iki partiya – Mərkəzçi və Müstəqilliyin Əleyhdarları Partiyası və Solçu Respublikaçılar Partiyası muxtar regionun parlamentində təxminən eyni sayda yer əldə ediblər.

Qeyd edək ki, bülletenlərin rəsmi sayılması dekabrın 24-də başlayacaq və maksimum üç gün davam edəcək.