Kataloniyada səsvermə başa çatıb

Kataloniyada səsvermə başa çatıb
Oxunma sayı: 1287

Kataloniyada müstəqillik referendumu ilə əlaqədar səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bölgənin rəsmi nümayəndəsi Jordi Turul bildirib.

Onun sözlərinə görə, regionun əhalisinin sayı 7,5 milyon nəfərdir ki, Kataloniyada isə 5,3 milyon insan səsvermə hüququna malikdir: “Rəy sorğularına görə, seçicilərin 41%-i muxtariyyətin müstəqilliyinin lehinə,  49%-i isə əleyhinə səs verib”.

Qeyd edək ki, Kataloniyada müstəqilliklə bağlı keçirilən referendum Madrid hökuməti tərəfindən qanunsuz hesab olunub. Səsvermə zamanı qarşıdurma baş verib, 761 nəfər yaralanıb.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi