Kataloniyada tətil elan edildi - Minlərlə etirazçı yolları bağladı

Kataloniyada tətil elan edildi
Oxunma sayı: 822

Kataloniyanın müstəqillik bəyannaməsinin ləğv edilməsinə və hökumət üzvləri haqqında həbs qərarı çıxarılmasına etiraz olaraq tətil elan edilib.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, çağırışı “Intersindical-CSC” adlı təşkilat edib.

Tətilə müstəqillik tərəfdarı olan ictimai təşkilat və şirkətlərdən də dəstək gəlib.

Məlumata görə, Barselona şəhərində etirazçılar 6 magistral yolu kəsib. Daha çox nəqliyyat sektorunu hədəf alan tətil səbəbindən 60-dan çox ərazidə avtomobil və dəmiryolu hərəkəti iflic vəziyyətə düşüb.

Hazırda polislər etirazçıları fikrindən daşındırmağa çalışır. Hələlik qarşıdurmanın olmadığı bildirilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi