Kataloniyada yeni hökumətin qurulması üçün seçki keçiriləcək - Tarix açıqlandı

Kataloniyada yeni hökumətin qurulması üçün seçki keçiriləcək
Oxunma sayı: 531

İspaniyada Kataloniya parlamentinin müstəqillik elanından sonra ölkədə gərginlik daha da yüksəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna cavab olaraq İspaniya hökuməti Kataloniya hökumətini buraxıb, idarəetmə isə birbaşa rəsmi Madridə tabe edilib.

Artıq Kataloniyada yeni hökumətin qurulması üçün keçiriləcək növbədənkənar seçkilərin tarixi də açıqlanıb.

İspaniya Baş naziri Mariano Rahoy 21 dekabrda Kataloniya hökumətinin yeni tərkibi üçün seçkilərin keçiriləcəyini açıqlayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi