Kataloniyanın müstəqilliyini elan edəcəyi vaxt dəqiqləşdi

kataloniyanin-musteqilliyini-elan-edeceyi-vaxt-deqiqlesdi
Oxunma sayı: 2161

Kataloniya yaxın günlərdə müstəqilliyini elan edəcək.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, bu barədə jeneralitetin rəhbəri Karles Puçedemon bildirib.

Onun sözlərinə görə, hökumət həftə sonu yaxud növbəti həftənin əvvəli müvafiq addımı atacaq.

İspaniya hökumətinin müdaxilə edəcəyi təqdirdə jeneralitet nə edəcək sualına Puçedemon “Bu hər şeyi dəyişəcək səhv olar”deyə cavab verib.

O, həmçinin rəsmi Madrid və muxtar vilayətin rəhbərlərinin əlaqə saxlamadığnı bildirib.

Qeyd edək ki, oktyabrın 1-də keçirilən seçkilərdə 5,3 milyon seçicidən 2,2 milyonu səsvermədə iştirak edib. Onların 90 faizi Kataloniyanın İspaniyadan ayrılmasına səs verib.