Kataloniya rəhbərliyi işdən çıxarıldı - Növbədənkənar parlament seçkiləri keçiriləcək

kataloniya-rehberliyi-isden-cixarildi
Oxunma sayı: 2809

İspaniya hökuməti Kataloniya rəhbərliyinin işdən azad edilməsinə dair qərar verib.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə baş nazir Mariano Rahoy Nazirlər Kabinetinin təcili yığıncağının nəticələrinə dair keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki, muxtariyyət statusuna toxunulmur, sadəcə şəxslərə qarşı tədbirlər görülür. Onun sözlərinə görə, Kataloniyada növbədənkənar parlament seçkiləri keçiriləcək:

“Bu idarəetməni qanun, Konstitusiyanın çərçivəsindən çıxmaqla əldə etmək istəyən insanlar hökumətdən kənarlaşdırılır. Biz normal vəziyyətə qayıdana qədər, böyük ehtimalla 6 aya qədər seçkiləri keçirəcəyik”.

Xatırladaq ki, Kataloniyada referendum seçkiləri oktyabrın 1-də keçirilib. İspaniya hökuməti və Konstitusiya Məhkəməsi seçkilərin nəticəsini qeyri-qanuni hesab edir.