Kataloniyanın muxtariyyəti ləğv edilə bilər

kataloniyanin-muxtariyyeti-legv-edile-biler
Oxunma sayı: 1050

Oktyabrın 1-də İspaniyanın Kataloniya bölgəsində keçirilən müstəqillik referendumundan sonra, ölkədə gərginlik səngimək bilmir.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, İspaniyanın baş naziri Mariano Rajoy Kataloniya hökumətinə muxtariyyətin ləğv edilə biləcəyi barədə sərt xəbərdarlıq edib.

O, bunun üçün konstitusiyanı da dəyişməyi gözə aldıqlarını söyləyib.

Qeyd edək ki, dünən Kataloniya parlamenti müstəqillik bəyannaməsi imzalamışdı